21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu sualı “Microsoft-Azerbaijan”ın direktoru Teymur Axundovun “APA-ECONOMICS”ə müsahibəsində cavablandırıb.Axundob bildirib ki,Dekabrda “Microsoft” şirkətində birinci maliyyə yarımilinə yekun vurulacaq: "Çünki bizdə maliyyə ili iyulun 1-dən başlayır. Ümumilikdə biz işlərin gedişindən razıyıq: “Microsoft” yerli bazarda kifayət qədər məşhurdur, bizim tərəfdaşlıq şəbəkəmiz uğurla inkişaf edir, dövlətlə də sıx əməkdaşlıq edirik. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri ilə birgə “Xalq kompüteri” və “Elektron imza” kimi layihələri həyata keçiririk.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanından ilk dövlət təşkilatıdır ki, bütün kompüter parkında “Microsoft” şirkətinin proqram təminatını “Enterprise Agreement” razılaşması əsasında lisenziyalaşdırıb.
Biz Təhsil Nazirliyi ilə də məhsuldar işləyirik. Təhsil sahəsində layihələr bizim korporasiyanın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. “Uşaqların internetdə təhlükəsizliyi” pilot layihəsi uğurla başa çatdırılıb, mütəmadi olaraq innovativ müəllimlər müsabiqəsi keçiririk. Bu yaxınlarda Braziliyada keçirilmiş “Microsoft”un İnnovativ Təhil üzrə V Ümumdünya Forumunda dünyanın bütün ölkələrinin məktəblərindən müəllimlər toplaşmışdılar. 110 ölkədən yüzlərlə müəllim dünya əhəmiyyətli bu tədbirdə iştirak etmək üçün uğrunda mübarizə aparırdı. Beynəlxalq seçim nəticəsində onlardan yalnız 30-u seçildi. Sevinc hissi ilə qeyd etmək istərdik ki, Bakının 7 saylı orta məktəbi tədbirdə Azərbaycanı təmsil etmək hüququ qazanmışdı. Bütün bu layihələr “Microsoft”un “Təhsildə tərəfdaşlıq” adlanan xüsusi proqramı çərçivəsində həyata keçirilir.
“BakuTel”in 4-7 noyabrda keçirilmiş yubiley sərgisində biz yeni “Windows 7” əməliyyat sistemini anons etdik və bu, yüksək səviyyəli qonaqlar da daxil olmaqla bütün iştirakçıların diqqətini cəlb etdi. “Microsoft” Azərbaycan bazarında yeganə beynəlxalq İT şirkətidir ki, özünün əsas məhsullarını Azərbaycan dilinə uyğunlaşdırıb."