21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda Azərbaycan Təhsil Nazirliyinin «Kaspi» Təhsil Mərkəzi ilə birgə təşkil etdiyi Beynəlxalq Təhsil Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Sərginin açılış mərasimində çıxış edən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hazırda Azərbaycanda gənclərin təhsilinin, fiziki hazırlığının artırılması və ümumiyyətlə inkişafı üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər haqqında danışıb: «Azərbaycan prezidentinin tapşırığına görə, yerli tələbələr dünyanın ən qabaqcıl və inkişaf etmiş təhsil ocaqlarında təhsil almalıdır və mütəxəssis kimi respublikamıza qayıtmalıdırlar. Buna görə də Azərbaycanda xarici universitetlərin iştirakı ilə bu cür sərgilərin keçirilməsi böyük önəm kəsb edir».
Təhsil nazirinin müavini Elmar Qasımov isə öz növbəsində «Kaspi» Təhsil Mərkəzinin müxtəlif Avropa universitetləri ilə sıx əlaqələr yaratdığını və Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil almasını təşkil etdiyini qeyd edib: «Sevindirici haldır ki, bu gün bu mərkəz Təhsil Nazirliyi ilə birgə Avropanın və ABŞ-ın çox nüfuzlu universitetlərinin Azərbaycanda təhsil sərgisini təşkil edib. Bu sərgidə təmsil olunan universitetlər öz təhsil imkanları və şərtləri haqda yerli tələbələrə dolğun və dəqiq məlumat verəcəklər».
E.Qasımovun sözlərinə görə, son bir ayda Azərbaycanda Almaniya, Cənubi Koreya və Malayziya sərgiləri keçirilib və bu sərgilərdə tələbələr birbaşa onlara lazım olan məlumatları əldə ediblər. Sərgidə 10-a yaxın universitet təmsil edilib, o cümlədən ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, CAR, Fransa, İsveçrə, Malta, Malayziyanın ən nüfuzlu universitetlərini qeyd etmək olar.
Nazir müavini hazırda xaricdə 10 minə yaxın azərbaycanlı gəncin təhsil aldığını bildirib: «Dövlət proqramı çərçivəsində 300-ə yaxın tələbə xaricdə təhsil alır və 2015-ci ilə qədər bu xətlə 5 minə yaxın tələbənin təhsil alması nəzərdə tutulur. Dövlət xətti ilə Azərbaycan tələbələri Rusiya, Çexiya, Çində təhsil alırlar. Alman Tələbələrin Mübadilə Xidmətinin həyata keçirdiyi təqaüd proqramı əsasında Almaniyada 450 tələbəmiz təhsil alır. Bundan başqa, ayrı-ayrı dövlət strukturları və nazirliklərin xətti ilə gənclər təhsilini xarici ölkələrdə davam etdirir», - deyə E.Qasımov bildirib.
Sonda çıxış edən «Kaspi» Təhsil Mərkəzinin müdiri Emin Əmrullayevin sözlərinə görə, mərkəzin ən böyük uğuru daha çox tələbələrin xaricdə təhsil almasıdır.