İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon \"Bakutel 2010\" sərgisində təqdim etdiyi məhsulları nümayiş etdirib

25.11.2010 [01:37]

Fontu böyüt:      

Azerfon\" MMC \"BakuTel 2010\" XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün \"3G texnologiyaları: imkanlar və üstünlüklər\" mövzusunda seminar keçirib. \"Azerfon\" MMC-nin korporativ ünsiyyət direktoru Elşad Fərzəliyev jurnalistlərin telekommunikasiya sahəsində maariflənməsi üçün

Azerfon MMC BakuTel 2010 XVI Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 3G texnologiyaları: imkanlar və üstünlüklər mövzusunda seminar keçirib.

Azerfon MMC-nin korporativ ünsiyyət direktoru Elşad Fərzəliyev jurnalistlərin telekommunikasiya sahəsində maariflənməsi üçün Azerfon tərəfindən keçirilən seminarları artıq ənənə halını aldığını qeyd edib. Onun sözlərinə görə, belə seminarlar jurnalistləri telekommunikasiya bazarında mövcüd xidmətlər haqqında geniş məlumat almağa və onların peşə fəaliyyətini daha müvəffəqiyyətlə davam etdirməyə imkan yaradır. Fərzəliyev qeyd edib ki, Azerfon gələcəkdə də jurnalistlər üçün seminarları davam etdirəcək.

Seminarda jurnalistləri salamyalan Azerfon MMC-nin baş direktoru Yurgen Pits Azerfon-un fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, Azerfon hazırda mobil rabitə bazarının 20%-ni tutmağa müvəffəq olub və 1,7 milyonadək abonentə xidmət göstərir. Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir. 2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafone və Nar Mobile brendləri tərəfindən Azərbaycan bazarında təqdim olunub.

Pits 2010-cü ildə Azərbaycanın mobil rabitə bazarında təqdim olunmuş 3G kamera, 3G Mobile TV, 3G USB Modem, 3G netbuk kimi texnologiyalar haqqında da danışıb.

Seminarda Azerfon-un mütəxəssisləri jurnalistlərə şirkətin bazarda təqdim etdiyi texnologiyaları nümayiş etdiriblər.

Azerfon-Vodafone-un məhsulların inkişafı üzrə meneceri Həsən Əsgərov Azerfon-Vodafone ticarət markası altında 3G texnologiyasının dəstəklədiyi məhsullar və bazarda olan xidmətlər haqqında ətraflı məlumat verib.

Nar Mobile-ın məhsulların inkişafı üzrə meneceri İlqar İbrahimli Nar Mobile abunəçiləri üçün təqdim olunmuş 3G texnologiyalı xidmətlər və avadanlıqlar haqqında jurnalistləri məlumatlandırıb.

3G Mobile TV xidməti yüksək sürətli 3G texnologiyası vasitəsilə dəstəkləyən mobil telefon istiafadəçiləri üçün bir sıra televiziya kanallarını seyr etməyə imkan yaradır.

3G+ müşahidə kamerası qeyri-adi dizayn, və üstün xarakteristikası ilə anbar, qaraj, ev, ofis, uşaq və ya ev heyvanlarını məsafədən izləməyə imkan verir. SİM-kart yerləşən 3G+ müşahidə kamerasına birbaşa videozəng etməklə müşahidə imkanlarından yararlanmaq olar.

3G USB modemi vasitəsilə Azerfon mobil şəbəkəsinin əhatə etdiyi istənilən yerdən müxtəlif internet xidmətlərindən istifadə etmək imkanları yaranıb. Genişzolaqlı mobil internet bağlantısı vasitəsilə 3G texnologiyasının mümkün servis və xidmətlərinə abunəçilər üçün birbaşa çıxış imkanları yaradılıb.

3G netbukları vasitəsilə əlavə qurğulardan istifadə etmədən və 3G texnologiyasını dəstəkləyən SİM-kartı netbukda quraşdırmaqla yüksək sürətli genişzolaqlı mobil internetə bağlantı əldə edilmək imkanları yaradılır.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar