21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bundan əvvəl bir çox bahalı telefonlar satışa çıxarılıb. Amma maraqlısı odur ki, heç bir telefon bu qədər bahalı olmayıb. Bu sahədə olduqca yüksək təbəqəni hədəf seçən telefon istehsalçıları telefonların baha qiymətinə görə bir-birləri ilə qızğın yarışa giriblər. Ancaq "Gresso" adlı istehsalçı bu yarışa tamam başqa istiqamət verib. Belə ki, şirkət 1 milyon dollarlıq telefon hazırlayaraq hamının diqqət mərkəzinə düşüb.
Telefonun funksiyalarından ən diqqət çəkən ilk şey telefonun hazırlandığı materiallardır. Ən bahalı maddələri bir yerə gətirən "Gresso" telefonunda qara almazdan, saf qızıldan, almazla kəsilib formaya salınmış safir kristallardan istifadə edib. Bunlar da kifayət etməyib ki, telefona bir də 200 illik Afrikadan gələn qara ağacı da üzlük olaraq əlavə edib.
Sadəcə 3 ədəd istehsal olunan bu telefonu almaq istəyib də pulu çatmayanlar üçün isə "Gresso" qara almazlar və safirlərin istifadə olunmadığı daha ucuz - 20 min dollarlıq bir modelini də hazırlayıb.
mənbə: qaynar.info