21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli domenin (.az domeninin) qeydiyyatının tənzimlənməsi ilə bağlı problemlər hələ də qalmaqdadır. Hələlik tam təkmil formada olmasa da Onlayn qeydiyyat sistemi artıq işə salınıb.Digər problemlər isə qalır – bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
O.Gündüz: "Ümid edirik yeni Nazirliyin - RYTN-nin yaranmasından sonra aşağıdakı problemlər də həllini tapacaq :
1. Yerli və beynəlxalq normalar uyğun olaraq milli domennin tənzimlənməsinə cavabdeh olan, İnternet ictimaiyyətin maraqlarına cavab verən kollegial qurum formalaşdırılmayıb. Bunun olmamasının nəticəsidir ki Qeydiyyat prosesinə zaman-zaman dövlət və qeyri-dövlət sektorundan müdaxilələr və müxtəlif problemlər baş verir. Qurumun formalaşdırılması istiqamətində Nazirliyin təşəbbüsü ilə atılan addımlar naməlum səbəbdən dayandırılıb. Bir müddət öncə Nazir tərəfindən bu istiqamətdə məsul şəxslərə verilən tapşırıq da hələlik yerinə yetirilməyib.
2. İnternet ictimaiyyətin maraqlarına cavab verən Qeydiyyat Qaydaları yoxdur. ( Hazırda mövcud olan Qaydalar bir şirkətin özəl Qaydalarıdır)
3. Milli Domen Qeydiyyatda Monopoliya var və bir şəxsin nəzarətindədir. Müstəqil qeydiyyatlçılar yoxdur.
4. Qeydiyyat prosesində şəffaflıq yoxdur
5. Qeydiyyat haqqı baha olaraq qalır.( Qonşu ölkələrin milli domenlərinin qeydiyyat haqqı 3-4 $ , 5 – 6 $, 20 $ və s. )
Bütün bu qeyd olunanlar səbəbindən ölkədə .az domeninə maraq azdır, istifadəçilər daha çox digər beynəlxalq və digər ölkə domenlərinə üstünlük verirlər. Milli İnternet resurslarımız daha çox başqa domenlər altında fəaliyyət göstərirlər. Bir sözlə, milli domen qeydiyyatı milli maraqlara yetərincə cavab vermir, bu isə artıq milli informasiya təhlükəsizliyi məsələsidir.
Problem AİF tərəfindən İCANN rəsmiləri səviyyəsində də müzakirə edilib və qeydiyyat prosesində inhisarçılığın və ciddi problemlərin olmasını İCANN rəsmiləri də bilirlər.