21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 17-si Bakıda tələbə, mühəndis və gənc mütəxəssislər üçün “Qlobal İKT tədbiri -Proqramçılar Günü 2014” tədbiri keçirilib.
Xeberler.az-ın məlumatına görə, "Microsoft Azərbaycan" şirkətinin təhsildə əməkdaşlıq proqramının meneceri Emin Axundov tədbirin əhəmiyyətindən danışıb: “Bizim əsas məqsədimiz öyrətmək deyil, sizi tanımaq və sizin bir-birinizi tanımağınızdır. Ona görə də bu gün buraya toplaşmışıq. İKT sahəsində çalışan mütəxəssislərin ingilis dilini bilməyi günümüzün aktual məsələlərindəndir. Gənclərimiz bu dili öyrənməyə maraq göstərməlidir. Bu gün sənaye imtahanlarının əksəriyyəti xarici dildədir. Ona görə də, müasir dövr gənclərinin xarici dillərə maraq göstərməsi İKT sahəsində bilik əldə etmək üçün çox vacibdir”.
Tədbirdə 6 gənc proqramçı öz karyera uğurlardan danışıb, təcrübələrini bölüşüblər. İştirakçılara sertifikasiya imtahanlarından keçmək üçün müxtəlif e-resurslar təqdim edilib, Microsoft Academy, Microsoft Dream Sparks layihələri, İmagine Cup müsabiqəsi və digər elektron resuslar barədə ətraflı məlumatlar verilib.
"Proqramçılar Günü - 2014" tədbirinin əsas mövzusu bulud mühitidir. Tədbirdə iştirakçılara bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tədbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma (Microsoft Certified Solutions Developer) istiqamətləri haqqında məlumatlar verilib. Tədbir Microsoft şirkətinin təşkilatçılığı ilə baş tutub.
Jalə Şahinqızı