21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşəbbüsü ilə irəli sürülmüş «Qərb-Şərq yüksəksürətli informasiya magistralı» layihəsində iştirak etmək istəyən ölkələrin sayı artmaqdadır.
RİTN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihədə Avropa və Asiyanın 20-dən çox ölkəsini əhatə edəcək super informasiya magistralının tikintisi nəzərdə tutulur.
Qərblə Şərq arasında super informasiya magistralının yaradılması ilə başa çatacaq bu layihə bütün informasiya-kommunikasiya vasitələrinin qarşılıqlı mübadiləsinə zəmin yaradacaq. Belə ki, Avropa və Asiya regionunun bir çox dövləti İKT-nin imkanlarından birgə faydalanacaq.«TransXəzər» adlandırıla biləcək bu layihə Qərblə Şərq arasında yüksək sürətli informasiya magistralının qurulmasına baza yaradacaq.
Qeyd edək ki, ötən il 42 ölkənin Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin iştirakı ilə Bakıda «Şərq-Qərb super informasiya magistralı» layihəsinin təqdimatı keçirilib.
RİTN tərəfindən təşkil olunmuş təqdimat mərasimində iştirakçılara iki qitənin 20-dən çox ölkəsini əhatə edəcək informasiya magistralının əhəmiyyəti, layihənin həyata keçirilməsi istiqamətində görülmüş hazırlıq işləri, əlaqədar ölkələrin müvafiq qurumları, dünyanın tanınmış İKT şirkətləri ilə aparılmış danışıqlar, texniki-iqtisadi araşdırmalar və digər məsələlər barədə ətraflı məlumat verilib.