21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Microsoft Internet Explorer” brauzerinin dünya bazarında payı ilk dəfə olaraq 50 faizdən aşağı düşüb.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “StatCounter” şirkətinin yeni hesabatında qeyd olunub.
Analitiklərin hesablamalarına görə, “Internet Explorer” brauzerinin bazardakı payı 2010-cu ilin sentyabr ayında 49,67 faizədək enib. İkinci yerdə 31,5 faizlə “Mozila Firefox” gəlir. Bazarda daha çox fəallıq “Google Chrome” tərəfindən nümayiş etdirilib. Bu brauzer bazardakı payını 2009-cu ilin sentyabr ayında 3,69 faizdən bu ilin sentyabr ayınadək olan müddətdə 11,54 faizədək artıra bilib.
“StatCounter”in icraçı direktoru Aodxan Kallen deyib ki, bu, “brauzer rəqabətində” dönüş nöqtəsidir, çünki cəmi iki il bundan əvvəl “Internet Explorer” brauzeri 67 faizlə dünya bazarının şərtsiz lideri olub. Onun sözlərinə görə, “İnternet Explorer”in bazarda payının azalmasına “Microsoft” korporasiyasının Avropa Birliyinin antiinhisar orqanları ilə bağladığı saziş ciddi təsir göstərib. Xatırladaq ki, mart ayında imzalanmış sazişin müddəalarına əsasən, Avropa Birliyinin istifadəçiləri onların əldə etdikləri yeni kompüterlərdə hansı brauzerin əvvəlcədən qurulacağını özləri müəyyən edə bilir.
Avropada “İnternet Explorer”in bazardakı payı il ərzində daha çox enib. Əgər ötən ilin sentyabr ayında 46,44 faiz olubsa, bu ilin həmin dövründə 40,26 faizə düşüb. Şimali Amerikada “İnternet Explorer”in indiyədək bazarın yarısından çox hissəsinə, 52,3 faizinə nəzarət edir. Şimali Amerika üzrə müvafiq siyahının ikinci pilləsində 27,21 faizlə “Firefox”, üçüncü pilləsində isə 9,8 faizlə “Chrome” brauzeri yer alıb.
LENT.AZ