21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-da simsiz internet şəbəkələrinin inkişafına federal büdcədən 18,2 mlrd. dollar xərclənəcək.
Bu barədə ABŞ prezidenti Barak Obama Şimali Miçiqan Universitetində çıxış edərkən bildirib.
Bu vəsaitin 10 mlrd. dolları təcili yardım xidmətlərinin simsiz şəbəkəsinin təşkilinə, 5 mlrd. dolları amerikalıların şəbəkəyə mobil çıxışının təmin edilməsinə, 3 mlrd. dolları isə seqmentin inkişafı və müxtəlif tədqiqatların keçirilməsinə sərf olunacaq.
Qeyd edək ki, B.Obama ötən ay “Ölkənin vəziyyəti haqqında” adlı müraciətində bildirib ki, yaxın 5 il ərzində amerikalıların 98%-i yüksəksürətli simsiz internetə çıxış imkanı əldə edəcəyini bildirib.
2010-cu ilin martında ABŞ-da “Milli Genişzolaqlı Plan” (National Broadband Plan) təqdim olunub. Ölkənin bütün vətəndaşlarının internetə çıxış imkanı əldə etməsini nəzərdə tutan sənədə əsasən, 2020-ci ilədək ABŞ-da dünyanın ən sürətli mobil internet şəbəkəsi yaradılacaq. // APA