21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məşhur türk sənətçisi Sərdar Ortacla "Google İNC" şirkəti arasında məhkəmə davası başlayıb.
Buna səbəb Sərdar Ortacın  açdığı yeni saytdır. Musiqi kliplərini paylaşan və müğənninin adının baş hərflərini özündə birləşdirən "SORtube.com" saytı "Google"-nin qəzəbinə tuş gəlib. Şirkət belə hesab edir ki, müğənninin yeni saytının adı "Youtube"-yə oxşayır və buna görə də, patent hüququ əsasında məhkəmə iddiası qaldırıb.
Sərdar Ortac isə bu iddiaları əsasssız sayır.Müğənni bildirir ki, o, Türkiyə Patent İnstitutundan "sortube" adını marka kimi qeydiyyatdan keçirib və müəlliflik hüququ alıb.Müğənninin vəkili Əli Çavuşoğlu da Google-ni haqsız hesab edir. O bildirib ki, "tube" kəlməsi televiziya anlamına gəldiyi üçün hər kəs ondan istifadə edə bilər.
Google-nin iddiasıyla bağlı Türkiyə Patent İnstitutunun yaxın günlərdə qərar verəcəyi gözlənilir.