21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda «Avropa» otelində «21-ci əsrin dialoqu: Media və İKT» mövzusunda dəyirmi masa keçirilib.
«Yeni Nəsil» birliyi və Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən təşkil edilmiş tədbirdə İKT şirkətlərinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər.
Təşkilatçılar Azərbaycanda İKT-nin inkişaf perspektivlərini, KİV auditoriyasının genişləndirilməsində İKT-nin rolunu, İKT və KİV arasında qarşılıqlı təsiri, KİV üçün mobil rabitə imkanlarını və s. məsələləri müzakirə etməyi təklif ediblər.
Son 5 ildə Azərbaycanda İnternetin inkişaf dinamikası xeyli sürətlənib ki, bu da informasiya auditoriyasının keyfiyyət dəyişikliynə gətirib çıxarıb, deyə «Yeni Nəsil» birliyinin sədri Arif Əliyev bildirib.
Son araşdırmalar göstərirki, bugün auditoriyanın 24%-i İnternetdən məlumat əldə edir, bir halda ki, çap KİV-lərində 18% istifadəçi, TV-də 31%, radioda 27% məlumat axtarır.
İKT imkanlarının genişləndirilməsi get-gedə daha çox istifadəçi cəlb edir. Azərbaycanda 100 nəfərdən 50si İnternet istifadəçisidir, 9 milyon əhalisi olan ölkədə kompüterlərin sayı isə 1,6 mln.-a çatıb.
Mobil rabitə ölkənin demək olar ki, bütün ərazisini və demək olar ki, bütün əhalini əhatə edir.
Əliyevin fikrincə, İnternet ənənəvi KİV-in bütün üstün cəhətlərində özünü birləşdirməsi ilə cəlb edir. Azərbaycanda azad və inkişaf etmiş ölkələrdə gedən proseslərdən fərqli spesifik vəziyyət yaranıb. Belə ki, Azərbaycanda KİV-in reklam bazarı, çap nəşrlərinin yayım şəbəkəsi məhv edilib, bir çox KİV-lər nəzarət altına götürülüb. Buna görə redaksiyalar arasında real rəqabət yoxdur. İnternetdə də eyni proseslər gedir, burada da hakimiyyətyönlü qurumlar maliyyələşdirilir, azad reklam bazarı yoxdur.
Azərbaycanda çap və İnternet mediasının reklam bazarının illik həcmi uzun illərdin 2 mln. manat civarında olub.
«Yeni Nəsil» hesab edir ki, İKT şirkətləri və KİV arasında qarşılıqlı sərfəli şərtlərlə daha sıx əməkdaşlıq olmalı və media-biznesə xüsusi investisiyalar cəlb olunmalıdır.