21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Siemens sənaye konserni özünün Fujitsu Siemens Computers şirkətindəki payını Avropanın personal kompüter, server və noutbuk istehsalçılarına sataraq kompüter biznesi sahəsindən tamamilə çıxmaq niyyətindədir.
Öz növbəsində Fujitsu istehlakçı həllərinin istehsalı ilə məşğul olan Fujitsu Siemens-i sataraq yalnız biznes-seqmentinə istiqamətlənməyi planlaşdırır.
Avropada daha çox ehtimal olunan alıcı kimi, bu istiqamətdə artıq bir aydan çoxdur ki danışıqlar aparan Lenovo şirkətini adlandırırlar.
Bu zaman şirkətin nizamnaməsinə əsasən 2008-ci ilin sonunadək qərar qəbul olunmadıqda, 2009-cu ildən etibarən Siemens və Fujitsu daha 5 il ərzində müştərək müəssisəni dəstəkləmək məcburiyyətində qalacaqlar.
Qərb bankirlərinin rəylərinə əsasən, Fujitsu Siemens Computers-in yekun qiyməti 2-3 milyard ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Siemens 2005-ci ildən etibarən fəal struktur dəyişikliyi siyasətini həyata keçirir. Ötən həftə şirkət iki telekommunikasiya bölməsini ləğv edib. Bunun əvəzinə Siemens energetika, sənaye və səhiyyə sahələrində iri sənaye həlləri ilə məşğul olmaq niyyətindədir, Cybersecurity yazır