21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İlk dəfə kütləvi istifadəyə verilmiş Motorola DynaTAC 8000X mobil telefonun 25 yaşı tamam olub. 13 oktyabr 1983-cü il tarixində bu telefondan ilk zəng edilib.
İşıq diod displeylə təchiz olunmuş Motorola DynaTAC 8000X telefonunun ölçüləri 33х4,5х9 sm., çəkisi 1,14 kq., qiyməti isə $3 995 təşkil edirdi. Lakin olduqca yüksək qiymətə baxmayaraq bu telefona sahib olmaq istəyən insanlardan ibarət növbələr yaranırdı. Alıcılar portativ telefon vasitəsi ilə hər zaman əlaqədə qalmaq imkanından heyrətə gəlmişdilər. Həmin telefon vasitəsi ilə bir saat ərzində danışmaq olurdu, gözləmə rejimində iş saatı isə səkkiz saatadək təşkil edirdi.  
Daha dəqiq desək mobil telefon vasitəsi ilə ilk zəng, qeyd olunan tarixdən 10 il əvvəl, yəni 1973-cü ilin aprel ayında həyata keçirilmişdir – Motorola şirkətinin mobil işləmələr bölməsinin rəhbəri Martin Kuper həmin bölmənin AT&T şöbəsinə zəng edərək mobil telefonun işlək vəziyyətdə olan prototipinin hazır olduğunu bildirmişdir. Lakin, həmin prototip istehsalata buraxılmamışdır.
25 il ərzində mobil telefonlar müasir insan həyatının ayrılmaz atributuna çevrilib. Belə ki, proqnozlara əsasən 2008-ci ilin sonuna kimi mobil telefon istifadəçilərinin sayı təqribən 4 milyard təşkil edəcək. Qeyd edək ki, Azərbaycanda, cari ilin birinci yarımilliyinə dair məlumatlara əsasən mobil rabitə abunəçilərinin sayı təqribən 5 milyon nəfərə çatıb. 
xeberler.az/ELLADA