21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın informasiya-axtarış sistemi YUMROO və Nar Mobile Azərbaycanın İnternet məkanında ilk dəfə olaraq “İDDİA!” Onlayn Realiti-Şousuna start verir.
Yumroo-dan verilən məlumata əsasən bir ay ərzində 4 qız məhz onların biznes ideyalarının reallaşdırılmağa layiq olduğunu İnternet auditoriyaya sübut etməyə çalışacaqlar. Bunun üçün YUMROO qızları bir evdə yerləşdirəcək və burada qızlar İnternet auditoriya ilə günün 24 saatını ünsiyyətdə olacaqlar. Bu evdə onlar 30 gün yaşamalıdırlar. Bu müddət ərzində qızlar biznes mövzusunda müxtəlif tapşırıqlar edəcəklər. Bu tapşırıqları etmək üçün qızlar internet auditoriyadan kömək istəyə biləcəklər.
Qalib SMS səsverməsi ilə müəyyən olunacaq. Ən çox səs toplayan iştirakçı 3 000 manat mükafat və ona göndərilmiş bütün SMS-lərin pullarını əldə edəcək. Bu pullar iştirakçıya şəxsi biznesini açmaq imkanını verəcək.
Qeyd edək ki,bu layihə Biznes Ledi istedadına malik olan, amma planlarını reallaşdırmaq üçün kifayət qədər vəsaitləri olmayan qızlar üçün nəzərdə tutulub.
Şouda hər kəs iştirak edə bilər. Bunun üçün [email protected] elektron ünvana özünüz haqda qısa məlumat, şəkil və biznes ideyanızın təsvirini yazıb göndərmək və ya 492 20 00 nömrəli telefona zənq etmək kifayətdir.