21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
«Azercell Telecom» Mobil rabitə operatoru naviqasiya xidmətini istifadəyə verib.
Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, naviqasiya vasitəsilə abunəçi mobil telefonundan fərdi bələdçi kimi istifadə edə bilər. Belə ki, xəritədə istənilən yerə getmək, bu yerin ünvanını və xəritədə yerləşməsini tapmaq mümkündür. Naviqasiya xidmətini işə salmaq üçün müvafiq proqram təminatını telefona yükləmək lazımdır. Bundan sonra abonent harda olursa-olsun, onun yerləşdiyi məkan telefondakı elektron xəritə üzərində göstərilir. Bu zaman həmin yerin ətrafındakı bütün məntəqələr (küçələr, kafelər, restoranlar, banklar, mağazalar və s.) də xəritədə əks olunur. Abonent getmək istədiyi yeri proqramda göstərməklə həmin məkana qədər olan ən əlverişli yolu seçə bilər.
Bundan başqa, naviqasiya xidməti ətraf yollar barədə də məlumatı istifadəçiyə təqdim edir. Tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar barədə məlumat birbaşa mobil telefonun ekranında göstərilir. Naviqasiya xidməti çərçivəsində bu cür məlumatların hamısı daim yenilənir. Xidmət həm fərdi avtomobil sahibləri, həmçinin də şirkət və təşkilatlar tərəfindən avtoparkı idarə etmək üçün çox böyük imkanlar təqdim edir.
«Azercell» abonentləri proqramı əldə etmək üçün 9886 nömrəsinə boş SMS göndərməlidir. «Azercell» fakturalı xətt abonentləri üçün bu SMS-in qiyməti 0,05 manat (ƏDV-siz), «SimSim» abonentləri üçün isə 1 kontur təşkil edir. Naviqasiya xidmətindən 30 günlük istifadəyə görə lisenziya haqqı «Azercell» fakturalı xətt abonentləri üçün 6 manat (ƏDV-siz), «SimSim» abonentləri üçün isə 2500 konturdur.