21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün  Park Inn Otelində Startup Azərbaycan 2014 layihəsinin yekun 
təqdimat mərasimi  və “Startup Azərbaycan 2014” Milli Konfransı 
keçirilib.
Azərbaycan İnternet Forumunun prezidenti , startup 
Azərbaycan Təşkilat Komitəsinin təmsilçisi Osman Gündüz tədbiri açaraq  
Startup Azərbaycan 2014 Layihəsinin yekunları və milli startup 
Müsabiqəsinin nəticələri haqqında məlumat verib. Ötən illə müqayisədə 
Startup infrastrukturunun inkişafı istiqamətində ciddi irəliləyişlərin 
olduğunu diqqətə çatdırıb.
O, ötən  müddət ərzində Startup Azərbaycan
 çərçivəsində Bakı Dövlət Universitetində, ADA Universitetində, XƏZƏR 
Universitetində və Sumqayıt Dövlət Universitetində Startup 
Toplantılarının keçirildiyini,  maarifçilik işlərinin yüksək səviyyədə 
təşkil olunduğunu diqqətə çatdırıb. Həmçinin Yüksək Texnologiyalar 
Parkında startupçıların, developerlərin və İT mütəxəssislərin iştirakı 
ilə Startup Bakı Toplantısı təşkil olunduğunu bildirib. Eyni zamanda  
Startup Azərbaycan yarışmasına qatılan milli startup komandalarının 
üzvlərinə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə Təlimlərin 
keçirildiyini diqqətə çatdırıb.
Osman Gündüz  üç ay davam edən 
Startup Azərbaycan Müsabiqəsinin  təşkil olunduğunu qeyd edib. Bu ilki 
müsabiqədə  46 startup  layihəsinin təqdim edildiyi və 1-ci mərhələ 
səsvermə nəticəsində 15 Yarımfinalçı startup layihəsi seçildiyini 
bildirib.
O, ekspertlər tərəfindən layihələrin  5 istiqamət üzrə 
(layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və 
cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 
ballıq sistemlə qiymətləndirildiyini diqqət çatdırıb. Yarışmanın
 yekununda  6 startup layihəsinin, BethClip, Xərcim.az, "Al - Gəlsin" 
,WEARn, İwork.az, Butarek startuplarının uğur qazanaraq finala çıxdığını
 qeyd edib.  
Təqdimat mərasimində Finala çıxan hər 
bir startup Layihəsinin komandası öz layihələri ilə bağlı qısa müddətli 
təqdimatlar ediblər.
Təqdimat mərasimində Rabitə və Yüksək 
Texnologiyalar naziri cənab Əli Abbasov çıxış edib. Nazir Startup 
Azərbaycan Layihəsinin ölkədə internet biznesin inkişafı sahəsində mühüm
 əhəmiyyət kəsb etdiyini vurğulayaraq  finalçıları və bütün 
startupçıları əldə olunan uğurlarla bağlı təbrik edib. O, son illərdə 
ölkədə startup infrastrukturunun inkişaf tempinin xeyli gücləndiyini 
diqqətə çatdırıb. Nazir   bu istiqamətdə milli startuplara dövlət və 
özəl dəstəyin təşkili istiqamətdə atılan addımlara toxunub. Bu məqsədlə 
RYTN yanında İT-nin İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar 
Parkının yaradıldığını diqqətə çatdırıb. Nazir hökumətin bu sahəni 
prioritet elan etdiyini  diqqətə çatdıraraq bu istiqamətdə atılan 
addımların gələcəkdə daha da güclənəcəyini bildirib. O, beynəlxalq 
bazara çıxmağın önəmliyini qeyd edərək tədbirdə iştirak edən özəl sektor
 nümayəndələrinə, investorlara da çağırış edərək gənc startupların 
dəstəklənmənin vacib olduğunu bildirib.
Sonra Nazir ƏLİ Abbasov 
qalib gələn 6 Layihənin komandasına qiymətli hədiyyələr və Diplomlar 
təqdim edib və startup komandaları ilə kollektiv şəkil çəkdirib.
Daha
 sonra tədbir  “Startup mühitinin (ekosistemin) formalaşmasına dövlətin,
 özəl sektorun  və fərdi investorların dəstəyi” mövzusunda Konfransla öz
 işini davam etdirib. Konfransda spiker olaraq iştirak edən İT-nin 
İnkiafı Fondunun direktoru Elçin Zeynalov, İnfiPro şirkətinin təmsilçisi
 Şahin Talıbov, SİNAM şirkətinin direktoru Elçin Əliyev, Xəzər Vençur 
şirkətinin həmtəsisçisi Məmməd Kərimov, YT Parkın direktor müavini Calal
 Rəhimov və CyberNet şirkətinin Baş direktorunun müavini Anar Mehdiyev çıxış edərək 
mövzu ətrafında öz baxışlarını Konfrans iştirakçılarına çatdırıblar. 
Çıxış edənlər bu istiqamətdə xeyli irəliləyişlərin olduğunu qeyd etməklə
 bərabər inkişafa kömək edəcək problemlər və onların həlli istiqamətində
 də təkliflər veriblər. 
Müzakirələrdə Sahil şirkətinin 
nümayəndəsi Vahid Qasımov,  RYTN nümayəndəsi Rauf Cabbarov, Best Com 
şirkətinin rəhbəri Rauf  Həsənov,  İnfi Pro şirkətinin rəhbəri Eldar 
Abbasov , TƏLƏBƏ.AZ  saytının rəhbəri Mürsəl Əliyev, Startup Azərbaycan 
Komandası üzvləri  Şaiq Muradov, Ayaz  Quliyev və Rəşad Əliyev, Media 
təmsilçisi Ellada Musatafayeva,  Smart Systems  şirkətinin rəhbəri 
Sübhan Qaragözov, TASİM  Layihısinin kordinatoru Zaur Həsənov,  
GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə, qalib gələn startup 
komandalarının təmsilçiləri və bir sıra digər nümayəndələr çıxış edərək 
mövzu ətrafında  təklif, rəy və arzularını bildiriblər. 
Osman Gündüzün moderatorluğu ilə təşkil olunan konfrans maraqlı tərəflərin iştirakı ilə müzakirələrlə davam edib.
Konfransda müzakirələrin yekunu olaraq təkliflərin  hazırlanacağı və hökumətə təqdim ediləcəyi vurğulanıb.
Bu
 gün həmçinin yekun tədbirlər çərçivəsində finala çıxan startuplarla 
investorların qapalı görüşü ( pitç sessiya) təşkil olunub. Görüşdə 
iştirak edən investorlarala qalib gələn  startup komandasının üzvləri 
arasında gələcək  işbirliyi ilə bağlı müzakirələr aparılıb. Komandalar 
bir daha investorlara öz layihələrinin  incəlikləri ilə bağlı məlumatlar
 veriblər
Yekun tədbirlərdə və milli konfransda startuplar 
sahəsində bütün maraqlı tərəflər -  startup komandaları, dövlət 
qurumaları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər,
 mentorlar və ekspertlər  iştirak edib
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 
Startup
 Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
 İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM, CyberNet və Smart Systems şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.
Fotolar :
 Startup Azərbaycan Yekun Təqdimat Mərasimi
Startup Azərbaycan 2014 Finalçıları ilə İnvestorların Görüşü
Startup Azərbaycan 2014 Milli Konfransı