21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
CNews Analytics təşkilatın hazırladığı dünyanın ən bahalı İKT-şirkətlərinin reytinqində adları çəkilən 20 şirkətdən 10-u Azərbaycan ərazisində fəaliyyət göstərir. Reytinqə Microsoft şirkəti başçılıq edir. İlk “beşliyə” həmçinin China Mobile, AT&T, IBM və Cisco Systems şirkətləri daxildir.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, həmin reytinqdə təqdim olunan Microsoft, Cisco Systems, НР, IBM, Apple Computer, Intel, Oracle, Google və Nokia kimi şirkətlər bu və ya digər səviyyədə Azərbaycanda fəaliyyət göstərirlər.
Reytinqdə təqdim olunan və Azərbaycanda təmsil olunmuş digər şirkətlər isə stasionar və mobil rabitə operatorlarıdırlar.
Dünya nəhənglərinin Azərbaycanda fəaliyyəti ölkənin informasiya və kommunikasiya texnologiyaları sahəsində mövcud olan böyük potensialının sübutudur. Bununla belə, Azərbaycanda təmsil olunan şirkətlərin bəziləri müxtəlif dövlət miqyaslı layihələrdə iştirak etməklə, hökumət qurumları ilə tərəfdaşlıq edirlər.
F.Kazımov qeyd edir ki, əgər Azərbaycan hökuməti İKT-nin müxtəlif sahələrdə tətbiq olunmasına istiqamətlənən kursuna davam edərsə, həmçinin insani resurslara və yüksək texnoloji məhsullara əsaslanan yeni iqtisadiyyatı sistemli şəkildə yaradarsa, o zaman Azərbaycana liderlərlə yanaşı orta səviyyəli şirkətlərin də axını müşahidə olunacaq.lent.az
xeberler.az/Ellada