İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25.11.2010 [18:03]

Fontu böyüt:      

Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2010 Sərgisində Azerfon MMC 3G texnologiyası bazasında yeni məhsullarını və xidmətlərini nümayiş etdirib. Şirkətin Baş Ofisindən verilən məlumata görə,

Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2010 Sərgisində Azerfon MMC 3G texnologiyası bazasında yeni məhsullarını və xidmətlərini nümayiş etdirib.

Şirkətin Baş Ofisindən verilən məlumata görə, sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azerfon stendində ən innovativ mobil texnologiya avadanlıqları, 3G texnologiyası bazasında müasir xidmətlər nümayiş etdirilib. Azerfon-Vodafone 3G+ Müşahidə Kamerası vasitəsilə ölkə başçısı 47 saylı orta məktəbdə dərs prosesini müşahidə etdi və Nar Mobile TV ilə tanış olub. 

2007-ci ilin martından Azərbaycanda fəaliyyətə başlamış Azerfon inkişaf templərinə görə nəinki ölkə, hətta ümumdünya səviyyəsində telekommunikasiya operatorları arasında yüksək inkişaf templərinə görə seçilir. Peşəkar komandaya, effektiv biznes-strategiyaya malik olan Azerfon şirkəti qısa müddət ərzində mobil rabitə bazarının 20%-ni tutmağa müvəffəq olmuş və 1,7 milyon yaxın abonentə xidmət göstərmişdir. Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir.  2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafone və Nar Mobile brendləri altında Azerfon şirkəti tərəfindən Azərbaycan bazarında təqdim olunur. 

Azerfon MMC-nin baş direktoru cənab Yurgen Pitzin demişdir: “Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sferası iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sahədir. Bakutel 2010 sərgisi bu uğurun göstəricisidir. Yüksək inkişaf templərini nümayiş etdirən Azerfon MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı vardır.

Bir ölkə əhalisi üçün faydalı mobil  xidmət və məhsullar təqdim etməklə abunəçilərin istək və tələblərini təmin edirik”.

Ənənəvi olaraq, Azerfon şirkəti Bakutel 2010 sərgisində yeni texnologiyaları və xidmətləri nümayiş etdirir. Bu il Bakutel 2010 sərgisində Nar Mobile müştəriləri üçün “Nar Dünyası” müasir mağaza konsepsiyasını təqdim etmişdir. Sərgi zamanı iştirakçılar Nar Mobile məhsulları və telefon nömrəsi almaq, servislərdən yararlanmaq, “Nar Dünyası” müasir mağaza konsepsiyasının ilə tanış olublar.

Sərgi zamanı, Azerfon stendində müxtəlif yarışmalar keçiriləcək və yüzlərlə qiymətli hədiyyələr oynanılmaqdadır. Qeyd etmək lazımdır ki, Azerfon şirkətinin stendi Bakutel 2010 sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir. Stenddə Azerfonun mobil xidmət ticarət markaları və təsis etdiyi şirkətlər də təmsil olunub.

Beləliklə sonda qeyd etmək istəyirik ki, Azerfonun idarəçilik prinsipləri, ən innovativ yeniliklər tətbiq etmək, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə hər zaman xalqa xidmət etməkdədir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar