21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Türkiyə paytaxtı Ankarada “İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərin poçt-maliyyə xidmətləri arasında əlaqələrin yaradılmasının texniki aspektləri” adlı seminar keçirilib.
Hər il təşkil olunan tədbirdə İƏT təşkilatının 7 üzv dövləti - Azərbaycan, Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Tacikistan və Türkiyə nümayəndələri iştirak ediblər.
Seminarda üzv dövlətlərin poçt-maliyyə xidmətlərinə dair prezentasiyalar nümayiş etdirilib, poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi sahəsində gördüyü işlər və bu istiqamətdə əldə olunan nailiyyətlərlə bağlı hesabatlar dinlənilib. Tədbirdə Türkiyə və Azərbaycan arasında yaradılan və hazırda test mərhələsində olan onlayn pul köçürmələri sistemi bütün üzv dövlətlər tərəfindən böyük maraqla qarşılanıb, bu sistemin bütün alternativ pul köçürmələri sistemləri ilə müqayisədə üstünlükləri xüsusi qeyd edilib. İƏT üzvü olan digər dövlətlərin də bu sistemə qoşulması təklif olunub və bu sahədə qarşıya çıxa biləcək suallarla bağlı fikirlər dinlənilib.
Bundan əlavə tədbir iştirakçıları Türkiyə poçtunun işi ilə yaxından tanış olub, eləcə də bu sahədə əldə olunan uğurlara və son texnoloji yeniliklərin tətbiq olunmasına praktiki olaraq baxıblar.