21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verib.
Sayt/bloqlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib.
“İrəli” bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Bu bloqların yaradılması “Mənim Qarabağım, Mənim Azərbaycanım” devizi altında həyata keçirilir.
Artıq “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib. Bu günə qədər artıq Şuşa, Laçın, Ağdərə və Ağdam haqqında bloqlar istifadəyə verilib.
Bu il ərzində “İrəli” Azərbaycan internet məkanında bir sıra yeni layihələr həyata keçirmək niyyətindədir. Bu, Azərbaycana aid bütün resursları, elmi işləri özündə əks etdirən vahid resursun yaradılması, gənclər üçün elektron layihələrin hazırlanması və tətbiqi ilə bağlı yaradıcı mərkəzin təşkil edilməsi və digər layihələrdir. Bu tədbirlər Azərbaycan gənclərinin internetdə fəallığını və sistem şəkildə internet məkanında baş verən ölkəyə qarşı təxribatlara reaksiya verməsini təmin etmək məqsədi ilə görülür. Eyni zamanda “İrəli” İctimai Birliyi regionlarda internetin, axtarış sistemlərinin istifadəsi üzrə maarifləndirmə işlərinin davam etdirmək niyyətindədir.