21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerika məktəblərində tamamilə ödənişsiz əsaslarla təhsil alma və orada yaşama imkanı verən mübadilə proqramına müsabiqə gələn həftədən etibarən başlayır.
Amerika Beynəlxalq Təhsil Şurası (ACTR/ACCELS) tərəfindən həyata keçirilən və Azərbaycan Təhsil Nazirliyi, eləcə də, Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən FLEX proqramı 17 ildir ki, Azərbaycan və Azərbaycan mədəniyyətini Amerikanlarla bölüşən yeganə imkandır.
Qaliblər 2010-2011-cu il tədris ilində Amerikada təhsil almaq üçün Azərbaycan Respublikasının hər yerindən seçilir. Qaliblər Amerikaya gediş-gəliş bileti əldə etməklə yanaşı gündəlik vəsait üçün təqaüd də alacaqlar.
1 yanvar 1993-ci il və 15 iyul 1995-ci il arasında anadan olmuş, hal hazırda 9-cu, 10-cu və 11-ci siniflərdə oxuyan, daha əvvəl 5 il müddətində 3 aydan artıq ABŞ-da yaşamayan və Azərbaycan vətəndaşı olan bütün şagirdlər proqramda iştirak edə bilər. Fiziki məhdudiyyətli şagirdlərin də müsabiqəyə qatılmasında heç bir məhdudiyyət yoxdur.
Müsabiqə bütünlüklə 3 (üç) mərhələdən ibarətdir. İlk mərhələ altı şəhərdə yeddi müxtəlif tarixdə keçiriləcək və şagirdlər 15 dəqiqəlik İngilis dili testindən imtahan verəcəklər. İkinci mərhələ adətən birinci mərhələ imtahanından sonrakı, növbəti gündə keçirilir.
Şagirdlər birinci mərhələ imtahanına gələrkən özləri ilə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin əsli, 3x4 sm ölçüdə 1 ədəd (yeni) şəkil və qələm gətirməlidirlər.
Hər şagird il ərzində ancaq bir dəfə imtahan verə bilər. İmtahan bütün yerlərdə saat 09:00-da başlayır və qeydiyyata 08:30 da start verilir. 
FLEX proqramı və imtahanlar barədə əlavə məlumat almaq üçün, 
(012) 436-75-29/30/31-ə və ya (050) 225 81 78 nömrələrinə zəng etmək olar. 
Proqramla bağlı ətraflı məlumatı aşağıdakı ünvanlardan əldə edə bilərsiz:
http://apps.americancouncils.org/FLEX     
http://americancouncils.az