21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ankara Baş Prokurorluğu kampaniya ilə bağlı istintaqa ehtiyac olmadığına qərar verib
Ankara Baş Prokurorluğu bəzi ziyalılar tərəfindən təşkil edilən “Ermənilərdən üzr istəyirəm” internet kampaniyası ilə bağlı apardığı araşdırmada istintaqa ehtiyac olmadığına qərar verib. Türkiyə mətbuatının məlumatına görə, Mətbuat Cinayətləri Araşdırma Bürosu tərəfindən “Ermənilərdən üzr istəyrəm” kampaniyası ilə bağlı aparılan araşdırma bununla başa çatıb. “Demokratik cəmiyyətlərdə əks düşüncələrin də fikir azadlığı çərçivəsində qoruma altında olması əsas gətirilərək istintaqa yer olmadığına qərar verilib”, deyə qərarda deyilir.
Xatırladaq ki, Ankarada yaşayan bir qrup şəxs –Həsən Hüseyn Satr, Sabahat Ozgür, Mehmet İnal Kolburan, Hüseyn Erdoğan, Serdar Orhaner və Kürşat Karacabet bu kampaniyanı təşkil edənlər və bu kampaniyaya imza atanlar barəsində Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsinə əsasən (Türk millətini açıq-aşkar alçatmaq) cinayət işi açılması və cəzalandırılması üçün ortaq ərizə ilə müraciət etmişdilər. 
Ortaq ərizədə kampaniyanın internet saytında yerləşdirilən mətnindən sitat gətirilmişdi : 1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı “böyük fəlakət”ə etinasız yanaşılmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm.
Ankara Baş prokurorluğu isə faktla bağlı araşdırmalara başlamışdı.
Qeyd edək ki, Türkiyədə bir qrup ziyalı internet vasitəsilə “ermənilərdən üzr istəyirik” kampaniyası başladaraq, bütün Türkiyə xalqını qondarma erməni soyqırımını tanıyaraq bu kampaniyaya qoşulmağa çağırıb./ANSPRESS/