21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün (27 May) Multimedia Mərkəzinin gerçəkləşdirdiyi “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçirilib.
Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz təlimlərin  ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislər tərəfindən keçirildiyini qeyd edib.  Ölkədə informasiya  cəmiyyəti quruculuğu sahəsində layihənin  rolu haqqında danışıb. Ardınca Azercell  şirkətinin PR meneceri Ülviyyə Həsənzadə və  HP  şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək  bu tip layihələrin ölkədə İnformasiya cəmiyyəti quruculuşuna təkan  verəcəyini bildiriblər.
Treninqləri uğurla başa vuran 19 nəfərə sertifikatlar təqdim olunub.
Ardınca isə “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” nominasiyası üzrə qaliblər elan edilib.
İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri  Fərəh Sabirqızı (Express qəzetində dərc olunan “Tələbələrimizin kompüter qayğıları” yazısı) qazanıb. 
2-ci yeri iki jurnalist tutub : Vüqar Haqverdiyev ( Azərbaycan qəzetində dərc olunan “İnformasiya və inkişaf” yazısı)  və  Ülviyyə Şamilqızı ( Xalq Cəbhəsi qəzetində dərc olunan “İnternet Medianın problemləri”  yazısı) qazanıblar.
3-cü yeri 3 nəfər tutub: İsmayıl İsmayılov ( Mediaforum saytında  dərc olunan “İnternet media” yazısı),  Fuad Hüseynzadə  ( Paritet qəzetində dərc olunan “Azərbaycanda mobil texnologiyanın yeni mərhələsi” yazısı) və Cəvahir Səlimqızı ( Mərkəz qəzetində dərc olunan “Virtual aləmin real faciəsi” yazısı).
Qaliblərə və fərqlənənlərə  Diplomlar və Azercell , HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri 
( Netbook, çoxfunksiyalı printerlər, mobil telefon, rəqəmli fotoaparat, rəqəmli diktofon və s) təqdim olunub
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov,  İTV Yayım Şurasının sədri, Münsiflər heyətinin üzvü  Cahangir Məmmədli, ekspert və münsif Azər Həsrət və digərləri çıxış edərək özəl sektor  və  ictimai qurum tərəfindən dəstəklənən bu tip 
Layihələrin mühüm əhəmiyyət  kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.
Layihə  Azercell,  HP və ULTRA şirkətləri tərəfindən dəstəklənib.



