21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Şuranın şikayətlər üzrə komissiyasının təqdimatı əsasında "Xəbər xətti", "Hüquq və ittiham", "Qanun və nəzarət" qəzetləri "reket nəşrlər" elan olunub", - cümə günü Trend News-a Mətbuat Şurasından (MŞ) bildirilib.
Mətbuat Şurası bir müddət əvvəl "reket" fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
"Azərbaycan dünyası brifinq" qəzetinə şura adından xəbərdarlıq edilib. "Təzadlar" qəzetinə gəldikdə, bildirilib ki, nəşrin fəaliyyətində həqiqətən mətbu reketçilik əlamətləri mövcuddur. "Təzadlar" MŞ-nin əvvəlki xəbərdarlığına məhəl qoymayıb. Qəzetin müxtəlif saylarında şuranın İdarə Heyətinin qərarı olmadan qurumun şikayətlər üzrə komissiyasının "Təzadlar" haqqında çıxardığı sonuncu rəyin əsassız sayılması barədə bildirişlər dərc edilib. Nəşr komissiyanın bu rəyində əksini tapan tələbləri də yerinə yetirməyib. Həmçinin komissiyanın iclasından keçən bir ayda şuraya qəzet barədə yeni şikayətlər də daxil olub. Bütün bunlar qəzetə bir daha güzəşt olunmasını qeyri-mümkün edir", - məlumatda vurğulanır.
Müzakirələrdən sonra "Təzadlar" qəzetinin adının "qara siyahı"ya salınması barədə qərar qəbul edilib.
Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır