21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası tərəfindən sumqayıtlı tələbələrlə işləmək məqsədilə bu şəhərdə yerləşən ali və orta ixtisas təhsil müəssisələrində görüşlər keçirilir. Bu barədə xeberler.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bu məqsədlə Sumqayıt Dövlət Universiteti, Sumqayıt şəhər Tibb Texnikumu və Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt şəhər filialında keçirilmiş görüşdə virtual və sosial şəbəkələşmə, Sumqayıt İT Akademiya haqqında təqdimatlar nümayiş etdirilib. Görüşdə eyni zamanda tələbələrin İKT sahəsində təşkil edilən müsabiqələrdə iştirakı, onların ilkin təlimlərə cəlb edilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, hazırkı dövrə qədər əsasən məktəblilərlə işləyən Akademiyada olimpiadalara hazırlıq kursları və dərnəklər fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və İKT infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımların davamı olaraq 2009-cu ilin may ayında fəaliyyətə başlayıb.Akademiyanın əsas vəzifələri informatikanın və kompüter elmlərinin inkişafına dəstək göstərilməsi, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi, İKT sahəsində maarifləndirmədir.