21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İsveçrənin "OnAir" şirkəti perspektivdə Azərbaycanın ilk telekommunikasiya peykinin resurslarını istifadə edə bilər. Azərbaycanın ilk telekommunikasiya peyki ("Azerspace-1") Kuru kosmodromuna oktyabrda çatdırılacaq.Hazırda peykin resurslarının 39,5 faizi artıq Malayziya operatoru MEASAT tərəfindən icarəyə götürülüb.
Xeberler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib.
"Şirkətlə danışıqlar artıq keçirilib və peykin orbitə çıxarılmasından sonra onun resursları "OnAir" şirkəti tərəfindən istifadə edilə bilər", - Nəbiyev deyib.
Onun sözlərinə görə, yaradılan telekommunikasiya peyki təkcə Azərbaycanın tələbatını ödəmək üçün nəzərdə tutulmayıb.
"Respublikanın ehtiyacları üçün onun resurslarının təqribən 20 faizi istifadə ediləcək, peykin qalan resursları beynəlxalq bazarda reallaşdırılacaq", - o qeyd edib.
"Azərbaycan peykinin resursları rabitə və teleradio yayım xidmətinin göstərilməsi üçün Malayziya şirkəti tərəfindən həyata keçiriləcək. Peykin buraxılışı noyabr-dekabr aylarına planlaşdırılıb", - Nəbiyev deyib.
Xeberler.az