21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 2-11-də Azərbaycanda Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçiriləcək. Artıq 49 ölkədən 600-dən artıq tələbə və onların müəllimləri Olimpiadaya qatılmaq üçün müraciət edib. Azərbaycan hökuməti, Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunan tədbirə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edəcək.
Olimpiadaya hazırlıq məqsədilə artıq təhsil və elm komitələri, eyni zamanda Olimpiadanın keçirilməsinə məsul qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb. Olimpiadanın Elm Komitəsinə Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir.
Milli mütəxəssislərin iştirakı ilə fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment/təcrübə tapşırıqları hazırlanıb. Təcrübə üçün avadanlıq xarici ölkələrin şirkətlərində sifariş edilib. Olimpiada zamanı ölkəyə gələn qonaqların Azərbaycan tarixi və mədəniyyəti ilə tanışlığı üçün xüsusi proqramlar hazırlanıb. Qonaqların müşayiət etmək üçün 100-dək könüllü müəyyənləşdirilib və onlar üçün əlavə hazırlıq təlimləri keçirilib. Olimpiadanın loqosunun əsasını “Buta” simvolu təşkil edir.
Qeyd edək ki, əvvəlki 5 olimpiada İndoneziya (2004, 2005-ci il), Braziliya (2006-ci il), Tayvan (2007-ci) və Koreyada (2008-ci) keçirilib.