21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
 Bugün Bakıda yerli jurnalistlər və jurnalist təşkilatlatının əməkdaşları üçün “Yeni Media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib.
Seminar media qanunvericiliyi və söz azadlığı ətrafında panel-debat və müzakirələrlə başlayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlərlə iş şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov,  Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev,  ATƏT-in Media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti müzakirələrdə iştirak edib.
Debatın və müzakirələrin moderatoru – İsveç Maarifçi Yayımının Baş Direktoru, “Jurnalistikanın on qızıl qaydası” kitabının müəllifi Erik Fichtelius idi.
Seminarın ilk günündə Böyük Britaniyadan olan yeni media üzrə mütəxəssis Robert Friman rəqəmsal media haqqında məlumat verib. Tədbirin ikinci günündə isə Erik Fixtelius jurnalistikada doğruluq və dəqiqlik barədə təlim keçəcəyi gözlənilir.