21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyən eilmişdir. Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında 810 iddiaçı layihədən 89 nominant seçilmişdir. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsindən verilən xəbərə görə, müsabiqənin beş nominasiyası üzrə qaliblər həmin 89 nominant sırasından seçiləcəkdir.
2010-cu il Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə İKT ili”-nin əsas fəaliyyətlərindən biri olan, “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə 29, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə – 15, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə isə 28 layihə qalib gəlməyə iddiaçıdır.
“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə “təhsildə internet resursları” nominasiyası üzrə - 10, “müəllimlərin bloqları” arasında isə - 7 layihə nominantdır. // xeberler.az/Ellada