21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
«Amerikanın səsi» və «Azadlıq» radiolarının Azərbaycan xidmətlərinin Türksat peyki vasitəsi ilə yayımı oktyabrın 27-dən dayandırılıb. «Azadlıq» radiosunun internet səhifəsində radioların yayımının dayandırılmasını texniki səbəblərlə izah edirlər. Amma texniki problemin nə vaxt aradan qaldırılması ilə bağlı hər hansı məlumat verilmir.Amma bununla yanaşı, Türksat peykinin tezliklər sıyahısından da hər iki radionun adı və tezlikləri ilə bağlı məlumatlar çıxarılıb.
Adətən texniki problemlər baş verəndə peyk xidməti dinləyicilər üçün həmin səhifədə məlumat yerləşdirir və problemin nə vaxt aradan qaldırılacağını yazır. Türksat-da Amerika radiolarının yayımının dayandırılması həm də Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğanın İrana səfər etdiyi günə təsadüf edir. Müşahidəçilər hesab edir ki, Türksat vasitəsi ilə yayımlanan Amerika radioları İranda daha çox məlumat mənbəyi kimi dinlənilir.
Onların gümanına görə, Amerika radiolarının yayımının dayandırılması İran tərəfinin xahişi ilə baş verə bilər. Qeyd edək ki, ötən il Türksat-da İranda yaşayan azərbaycanlıların problemləri ilə bağlı verilişlər yayan Amerikanın Çikaqo şəhərində qeydiyyatdan keçən «GünAz» televiziyasının yayımı da səbəb göstərilmədən dayandırılıb. http://musavat.com/