21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bakı Dövlət Universitetində (BDU) tyutorların hazırlanması və virtual universitet sisteminin yaradılması üzrə layihə həyata keçirilir.
Bu münasibətlə universitetdə xüsusi hazırlıq işlərinin aparılması ilə əlaqədar tədbir keçirilib.BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu xatırladaraq, rəhbərlik etdiyi ali məktəbdə müvafiq layihənin qeyd edilən prosesin tələblərinə uyğun reallaşdırıldığını diqqətə çatdırıb.
Layihə Avropa İttifaqının TACİS-“Cənubi Qafqazda Elektron Cəmiyyətin İnkişafı” layihəsi çərçivəsində AzRENA, BDU və Almaniyanın IMC şirkətinin birgə səyləri ilə həyata keçirilib. Bunun üçün Avropa İttifaqı tərəfindən 800 min avro vəsait ayrılmış və BDU-nun nəzdində Elektron Tədris Mərkəzi yaradılıb. Bu mərkəzin fəaliyyəti üçün 280 min avro dəyərində avadanlıq, proqram təminatı və s. alınıb.
Qeyd edək ki,ümumi dəyəri 48 min manat olan müvafiq layihə çərçivəsində müasir standartlara uyğun peşəkar tyutor komandası hazırlanmış, virtual universitet tələbələrin istifadəsinə verilmiş, multimedia kurslarının təşkili üçün tyutorlara təlim kursları keçilmiş və Elektron Tədris Mərkəzində lazımi şərait yaradılıb.