21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Diffamasiya haqqında” qanunun qəbulunda ictimai təşəbbüslərin rolu” mövzusunda layihəsini davam etdirir.
“RUH”dan verilən məlumata görə, artıq layihə çərçivəsində sorğulara başlanılıb. Sorğular iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə “Diffamasiya haqqında” qanunun qəbuluna dövlət məmurlarının necə yanaşdığı müəyyənləşdiriləcək. Sorğu nazirliklərin, komitə rəhbərlərinin, dövlət idarə, müəssisə və təşkilatlarının rəhbər şəxslərindən olmaqla ümumilikdə 500 respondent arasında keçirilir. Rəyi soruşulanlara «Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulu cəmiyyətə nə verə bilər?» sualı ünvanlanıb. Sorğu anketlərində diffamasiyanın mahiyyətinin izahı verilir, həmçinin onlar elə tərtib edilib ki, respondentin məsələyə münasibətinin dolğun şəkildə ifadəsinə şərait yaransın.
Sorğunun ikinci istiqamətində KİV təmsilçilərinin “Diffamasiya haqqında” qanunun qəbuluna münasibəti əks olunur. Burada başlıca sual “Diffamasiya haqqında” qanunun qəbulu jurnalist fəaliyyətinə nə kimi təsir göstərə bilər?” şəklində qoyulacaq. Sorğu aparıcı KİV-lərin rəhbərləri, orada çalışan jurnalistlər olmaqla ümumilikdə 500 respondent arasında keçirilir.
Sorğuların nəticələri «Diffamasiya: cəmiyyət ona hazırdırmı?» mövzusunda dəyirmi masada müzakirə ediləcək.