21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İndividuallıq və orijinallıq arzusunu insanın şüurundan silmək həqiqətən də mürəkkəb bir məsələdir. Bundan başqa, bizim əsrdə sürətlə dəyişən dünyada digərlərindən seçilmək üçün orijinal olmaq nəinki dəbdir, həm də çox vacibdir. Fərqlənmək istəyi bütün istehlak sahələrini əhatə edir. Bu gün xüsusi sifarişlə hazırlanıb və işlənilən mebelli avtomobil və ya fərdi ayaqqabı tikişi ilə heç kəsi təəcübləndirmək olmaz.
Düşünəcəksiniz ki, müasir kommunikasiya texnologiyalarının məhsulu olan mobil telefona nələr əlavə etmək olar? Telefonlar zavod konveyerindən texniki cəhətdən müstəqil çıxırlar. ESTETİK cəhətdən deyil, məhz TEXNİKİ cəhətdən. Və burada yüksək texnologiyaların kütləvi məhsulu üçün dizaynerlərin yaradıcılıq fantaziyası yerinə düşər. Çünki bizim cəmiyyətdə mobil telefon ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də özünü ifadə etmək, sosial statusu təsdiq etmək vasitəsi kimi də istifadə edilir. Əlbəttə ki, mobil telefon istehsalçıları məhsulları üçün əvəz olunan panelləri təklif edərək, yenilik gətirməyə çalışırlar. Lakin panellərin darıxdırıcı forma və dizaynı  modelləri alıcının gözündən salır. Mobil telefonun  eksklyuziv modelləri isə əksinə modeli hada da maraqlı və fərqli edir. Necə deyərlər, tələbat varsa – təklif də olacaq. Bu gün alıcıların istəklərini nəzərə alaraq, dizaynerlər telefonların zahiri görünüşünü daha çox incəsənət əsərinə bənzədirlər. 
Ən populyar təklif  -  telefonun korpusunun aeroqrafiya ilə bəzədilməsidir. Müştərinin istəyini nəzərə alaraq, usta telefonun panelini müxtəlif şəkillərlə bəzəyə bilər – həşaratlardan tutmuş mifik heyvanlara qədər. Qiymətlər rəsmin mürəkkəbliyindən asılı olaraq 80 dollardan 1000 dollara qədər təşkil edir.
Mobil telefonun lazerlə naxışlanması da bu gün bəzək sevən alıcılar arasında çox populyardır. Bu üsul lazer texnoloğiyası vasitəsilə çəkilmiş şəklin  yüksək keyfiyyəti ilə fərqlənir. Lazerlə çəkilmiş şəkillər daha uzunömürlü və fərqli olurlar. Bu üsulla edilmiş şəkilləri metal, plastik, ağac, şüşə üzərində çəkmək olar. 
Lazer üzulu ilə işlənilmiş şəkillər müştəriyə 150 dollardan 1000 dollara  qədər başa gələcək.
Və ən bahalı tüninq üsullarından biri isə telefonlar üçün unikal və eksklyuziv korpusların hazırlanmasıdır. Bu üsul dizaynerlər üçün geniş imkanlar açır: istəyinizlə telefonunuzu yaraşıqlı mücrüyə və ya Salvador Dalinin əsərlərinə bənzər damcıvari formaya sala bilərsiniz.
Eksklyuziv modellərin materialları da zövqünüzdən asılı olaraq  seçilə bilər: dizaynerlər  zebrano ağacından və kareliya tozağacından istədiniz modeli təklif edə bilərlər. Ən tələbkar və individuallığı sevən müştərilər isə fil sümüyündən düzəlmiş korpuslara üstünlük verirlər. Qeyri-adiliyi sevənlər isə təbii yaşmadan və malaxitdən mobil telefon sifariş edirlər. Unikal mobil telefonlar isə bahalı daşlarla bəzədilir.  Bu üsulun sahibləri sevimli telefonlarının bəzədilməsinə 1500 dollardan çox dollar xərcləməli olacaqlar...