21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ümumdünya internet şəbəkəsində daha bir axtarış sistemi artıb. İyulun 28-dən, Google şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılmış, Cuil adlanan axtarış sistemi işə başlayıb. Yaradıcılar əmin edirlər ki, yeni axtarış sistemi 120 milyarddan ibarət ən böyük indeksləşdirilmiş resurslar bazasına malikdir. Ekspertlər, yeni layihənin bazar liderlərini sıxışdırma şanslarını bədbinliklə qiymətləndirirlər. 
Yeni Cuil.com axtarış sistemi, Google şirkətinin bir qrup keşmiş əməkdaşları – Tom Kostello, onun həyat yoldaşı Anna Peterson, Rassel Paurer və Lui Monye tərəfindən yaradılıb. Sözügedən axtarış sisteminin indeksində 120 millyard səhifə mövcuddur. Bu da Cuil təsisçilərinin qiymətləndirməsinə görə, Google bazasından üç dəfə çoxdur. 
Yeni axtarış sisteminin xüsusiyyətləri arasında, onu rəqiblərindən fərqləndirən dizayn və tematik kateqoriyalar üzrə axtarışın olmasıdır.
Cuil yaradıcıları öz layihələri üçün yatırım qoymaq istəyənləri artıq tapıblar. Hazırda onlar, təzə yaradılmış şirkətlərinə 33 milyonluq yatırım cəlb edə biliblər. Şirkət, axtarış nəticəsində kontekst reklamının yerləşdirməsi hesabına qazanc əldə etmək niyyətindədir.
Cuil yaradıcıları, axtarış sistemi tərəfindən indeksləşdirilmiş səhifələrin miqdarına əhəmiyyət verirlər. Onlar ciddi olaraq saytlar bazasını artırmaq niyyətindədirlər. Hazıda “Yandeksin” bazası 4.5 milyard (bunlardan 1 milyardı əcnəbi dillərdədi), Gogo-nun (Mail.ru portalına məxsusdur) bazası isə 3.3 milyard səhifədən ibarətdir.
Mail.ru portalının vitse-prezidenti və eyni zamanda marketinq üzrə direktoru xanım Anna Artamonova hesab edir ki, bazarda hansısa bir mövqe tutmaq üçün, Culi təsisçilərinə xeyli vaxt və maliyyə vəsaitləri lazım olacaq.