21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
| 
 Netcraft analitik şirkəti internetdə veb-saytların sayına dair 1 iyun 2010-cu il tarixinə olan vəziyyət üzrə hesabat dərc etdirib. Belə ki, hesabatda cari ilin iyun ayında Qlobal Şəbəkədə 206 956 723  saytın fəaliyyət göstərdiyi qeyd olunur.  
Bu ay veb-serverlər qarışıq dinamika nümayiş etdirib: beş əsas veb-serverlərdən ikisində xidmət göstərilən layihələrin sayı artıb, qalan üç serverdə isə əksinə saytların azalması qeydə alınıb.  
Cybersecurity-nin  məlumatına görə, son ay ərzində ən iri artım Google-da müşahidə olunub ki, Blogger.com bloq servisinin artan fəallığı nəticəsində bu serverdə daha 3 milyon sayt yaradılıb. Həmçinin müsbət artım dinamikasını 1,8 milyon yeni resursla Microsoft IIS serveri göstərə bilib. 
Ən iri mənfi dinamika nginx serverində qeydə alınıb. Burada xidmət göstərilən saytların sayı 2,2 milyona düşüb. Dünya üzrə veb-serverlər bazarının 54 faizinə sahiblik edən Apache serverində resurs bazası 871 000 saytadək enib. Lighttpd serverinin müvafiq payı isə 0,08 faiz enərək 0,82 faiz olub.   |