21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
21 iyun 2011- ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi
internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər”  mövzusunda Dəyirmi Masa keçirilib.     
 
Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz Mərkəz tərəfindən  6 ay ərzində 60 dövlət  qurumunun və 15 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını  qeyd edib. Rəsmi saytların 67  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib. İnformasiya  açıqlığı üzrə dövlət  qurumlarının və  Bələdiyyələrin növbəti Reytinq  Cədvəli və Hesabat  ictimaiyyətə təqdim edilib.   Hesabatda son  yarım il ərzində   dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet  saytlarında yerləşdirilən informasiyanın  kəmiyyət və keyfiyyət  baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.  O, ictimai informasiyaların internet resurslar  vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə  bərabər  hələ də  ciddi problemlərin qaldığını  bildirib. Xüsusilə , informasiya açıqlığı sahəsində dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu  vurğulanıb.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq Cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə, Bakı Metropoliteni , Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur.
Müdafiə Nazirliyinin və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  saytları isə hələ də fəaliyyət göstərmir.  60 dövlət qurumu üzrə orta informasiya  açıqlığı  göstəricisi  27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
Dəyirmi Masada RİTN –nin nümayəndəsi Etibar Umudov,  Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf  İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif,  DİN –nin nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov,  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev ,  AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Sahil Şirkətinin direktoru Vahid Qasımov,  müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər  nümayəndələr  çıxış ediblər.
Çıxış edənlər ictimai əhəmiyyət  kəsb edən  informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğunu bildiriblər. Bir sıra dövlət qurumunun saytlarının tamamilə  yenidən qurulduğu  qeyd edilib.  Monitorinqin Metodologiyasının  təkmilləşdirilməsi istiqamətində  təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də  saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
 Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  
Monitorinq  ACİ –Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi  çərçivəsində həyata keçirilib.
  Geniş məlumat www.informasiya.org –da  yerləşdirilib.