21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda “Milli – mənəvi dəyərlərin qorunması və tətbiqi sahəsində teleradio yayımçıları qarşısında duran vəzifələr” mövzusunda təlim kursu keçirilib.
Milli Televiziya və Radio Şurası (MTRŞ) və Elektron Mediaya Yardım Fondu Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində keçirilən kursda televiziya və radio aparıcıları dinləyici kimi iştirak edib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışında kursun keçirilməsinə son vaxtlar ictimaiyyətdə teleməkandakı bir sıra verilişlərin keyfiyyəti ilə bağlı olan narazılıqların səbəb olduğunu deyib. MTRŞ sədri bir sıra verilişlərin səviyyəsi ilə razı olmadığını açıqlayıb: “Bir sıra hallarda milli-mənəvi dəyərlərin aşağı düşdüyü asan görünür. Bu da telekanalların asan qazanc dalınca getməsi səbəbindən baş verir. Azərbaycan İslam köklü ölkədir və bununla bərabər, dünyaya açığıq. Amma bəziləri çalışır ki, xaricdə olan bütün dəyərləri Azərbaycana gətirsin. Bu doğru yanaşma deyil”.
İctimai Televiziya və Radio Yayımları Şurasının sədri Cahangir Məmmədli isə Azərbaycan telekanallarının tamaşaçılarını itirməsi barədə yanaşmalarla razılaşmadığını bildirib. 
C. Məmmədlinin sözlərinə görə, sadəcə, tamaşaçılar telekanallarda milli-mənəvi dəyərləri qoruyan proqramlarım daha çox qorunmasını istəyirlər. 
C. Məmmədli deyib ki, Azərbaycan dilini qorunması telekanalların qarşısında duran ən ciddi məsələ olmalıdır.
Təlimdə MTRŞ üzvü Qafar Cəbiyev də mövzu ilə bağlı fikirlərini bildirib, həmçinin sual-cavab, diskussiya təşkil olunub.