21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində keçirilən təlimlərdə Azərbaycanın aparıcı 28 kütləvi informasiya vasitəsi redaksiyasından bütövlükdə 30 jurnalist iştirak edib.
Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) verilən məlumata görə, təlimləri Beynəlxalq Jurnalistlər Federasiyasından olan beynəlxalq ekspertlər keçiriblər və onlar Azərbaycan jurnalistlərinə peşə fəaliyyətlərini yerinə yetirərkən təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib. Jurnalistlərin Həmkarlar İttifaqının sədri, layihənin koordinatoru Müşfiq Ələsgərli seminarların keçirilmə məqsədindən danışıb : “Seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları ilə tanış etmək və bu sahədə onların biliklərini artırmaqdır. Belə ki, jurnalistikada siyasiləşmə amilinin yüksək olması həmçinin, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər”.
Qeyd edək ki, Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan layihəsi Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.