21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
5-9 oktyabr tarixlərində Cenevrədə (İsveçrə) keçirilən ITU Telecom World 2009 Ümumdünya Tədbiri çərçivəsində təşkil olunmuş sərgi zamanı Azərbaycan milli pavilyonunda Dilmanc layihəsinin yaradıcı qrupu tərəfindən ilk telefon tərcüməçi sistemi nümayiş etdirilib.Yeni proqram təminatı sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini (Azərbaycan-İngilis və İngilis-Azərbaycan istiqamətləri üzrə) həyata keçirmək mümkündür.
Belə ki, 1-ci telefonda Azərbaycan dilində danışılan zaman, 2-ci telefonda bu nitq ingilis dilində səslənir və əksinə. Sistem hələlik inkişaf mərhələsindədir, kütləvi istifadəyə yararlı versiyasının yaradılması üzərində işlər hazırda davam etdirilir.
Telefon tərcüməçinin yaradılması Azərbaycan dili üçün ilk dəfə hazırlanmış 3 böyük alt sistemin hesabına mümkün olub: Azərbaycan nitqinin tanınması sistemi (şifahi nitqin kompüter vasitəsilə yazılı mətnə çevrilməsi), Maşın tərcüməsi sistemi (Azərbaycan və İngilis dilləri arasında mətnlərin avtomatik tərcüməsi) və mətnin səsləndirilməsi sistemi (yazılı mətnin kompüterdə şifahi səsləndirilməsi).