İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Günləri başlayıb

15.11.2014 [10:54]

Fontu böyüt:      

Noyabrın 14-ü Bakıda Startup Günlərinə start verilib. Bununla əlaqədar Yüksək Texnologiyalar Parkında açılış mərasimi keçirilib.

Noyabrın 14-ü Bakıda Startup Günlərinə start verilib. Bununla  əlaqədar Yüksək Texnologiyalar Parkında açılış mərasimi keçirilib.

Azərbaycan İnternet Forumunun  prezidenti, Startup Azərbaycan layihəsinin rəhbəri Osman Gündüz tədbiri açaraq , Startup Günlərinin məqsədinin ölkənin milli startap infrastrukturuna dəstək vermək, yeni startapların yaradılmasını stimullaşdırmaq, startaplar üçün infromasiya-metodiki dəstək göstərmək və startaplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, dövlətin milli startapların inkişafına dəstək göstərməsinin prioritet olduğunu qeyd edib və bu dəstəyin qarşıdakı illərdə daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin startap infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Startup Günləri çərçivəsində “Milli Startup infrastrukturun formalaşması və  investisiya mənbələri” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov,  Cybernet şirkətinin rəhbəri İlham Namazov, Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərimov, İnfiPro şirkətinin nümayəndəsi Kəmalə,  SİNAM şirkətinin direktoru Elçin Əliyev, İnternet Holdinq şirkətinin rəhbəri Rafael Əzizov  çıxış ediblər.

Çıxışlarda səsləndirilən fikirlər ətrafında və mövzu ilə bağlı maraqlı diskussiya keçirilib. Ölkənin startap infrastrukturunun bütün maraqlı tərəflərinin nümayəndələri müzakirələrdə aktiv iştirak diblər. Gənc startapçıları maraqlandıran suallar panel iştirakçılar tərəfindən cavablandırılıb. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib.

Konfransda nazir müavini Elmir Vəlizadə çıxış edərək müzakirələrin kifayət qədər maraqlı və faydalı olduğunu qeyd edib. O, çıxışında qaldırılan məsələlərə münasibət bildirib.

Daha sonra Startup Günlərinin 2-ci hissəsi başlayıb.  Gənc startapçılar qısa müddət ərzində iştirakçılar və münsiflər qarşısında  öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 20 ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti  və ekspertlər bunlardan 6 ən uğurlu ideya seçilib. Bu ideyalar ətrafında 6 startap komandası formalaşdırılıb. 

Komandalar formalaşdırdıqdan sonra komanda üzvlərinin yaxından tanışlığı məqsədilə networking keçirilib.

Növbəti günlərdə komandalar öz işlərinin davam etdirəcək , mentorların və ekspertlərin köməyi seçilən ideyalarla bağlı  yeni startap Layihələrinin ilkin variantlarını hazırlayacaqlar. 

Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti  layihələri qiymətləndirəcək. 

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Startup Günlərinə  Rabitə və Yüksək Texnologiyalar nazirliyi,  İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, SİNAM, SMART və Khazar Ventures şirkətləri dəstək verirlər.

Startup Günlərinin çərçivəsində keçirilən Konfransın fotomaterialları https://www.facebook.com/media/set/?set=a.819869014739098.1073741866.486851951374141&type=1

Startup Günlərində ideyaların yarışması və komandaların formalaşması, fotomateriallar :https://www.facebook.com/media/set/?set=a.819888028070530.1073741868.486851951374141&type=1 

Geniş məlumat : www.startupdays.startup.az 
                               https://www.facebook.com/startupdaysaz a


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar