21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının vəziyyəti” mövzusunda keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. Aparılmış sorğuda 5800 respondent iştirak edib. Onlardan 36 faizi kənd yerlərində yaşayır.
Təqdimat zamanı qeyd olunub ki, bütün ölkə ərazisində ev təsərrüfatlarının 25,7 faizində ən azından bir kompüter var və respublikada hər 100 istifadəçiyə düşən kompüterlərin sayı araşdırmanın nəticələrinə əsasən 14-ə çatıb. Həmçinin kompüterləri olmayan respondentlərin 18 faizi yaxın yarım ildə onu almağı planlaşdırdıqlarını bildiriblər.
İnternetin istifadə səviyyəsindən danışan hesabat müəllifləri, sorğu iştirakçılarının 45 faizinin internet-xidmətlərindən vaxtaşırı istifadə etdiklərini qeyd ediblər. Həmçinin bildirilib ki, ölkədə hər 100 istifadəçinin 12-si Qlobal Şəbəkəyə genişzolaqlı çıxış vasitəsilə qoşulur. Son illər respublikada genişzolaqlı internetin inkişaf tendensiyasından danışan AMC ekspertlərinin sözlərinə görə, bu, effektiv qiymət siyasəti, eləcə də cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş irəliləyişin bir nəticəsidir.
Tədbirdə ölkə rəhbərliyi tərəfindən prioritet elan olunmuş informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik tərəqqisi üçün bütün lazımi şəraitin olduğu xüsusi vurğulanıb. Həyata keçirilmiş sorğular, eləcə də əvvəlki illərlə aparılmış müqayisəli təhlillərin nəticələri İKT sektorunun yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının yüksəlməsi üçün təkanverici qüvvəyə çevriləcəyini söyləməyə zəmin yaradır.