23 dekabr  tarixdə  Ambassodor otelində Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından 
23 dekabr  tarixdə  Ambassodor otelində Milli İnternet Mükafatı - Milli Net 2011 – in təqdimetmə mərasimi keçirilib.
Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti 
Osman Gündüz 
çıxış edərək Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat 
verib. 
O, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün 
imkanlardan istifadə edildiyini bildirib və müsabiqənin üğürla başa 
çatdığını bildirib
 O, Azərbaycan İnternetinin inkişafında  , milli internet resursların 
yaradılmasında mühüm əhəmiyyət kəsb edən Müsabiqənin  Qaydalarının da  
gələcəkdə daha da təkmilləşdiriləcəyini bildirib. Osman Gündüz 
Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi,
 Azercell Telekom və Delta Telekom  şirkətlərinə minnətdarlığını 
bildirib.
Təqdimat mərasimində RİTN-nin şöbə müdiri 
İsfəndiyar Əliyev çıxış edərək
 Azərbaycan İnternetinin inkişafı istiqamətində bü cür tədbirlərin mühüm
 əhəmiyyət kəsb etdiyini bildirib.
O, ölkədə İKT –nin inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib . 
Təqdimat mərasimində Azercell şirkətinin mətbuat qrupunun rəhbəri
 Anar 
Cahangirli çıxış edərək İnformasiya texnologiyalarının inkişafına hər 
zaman dəstək olduqlarını və  Milli Net müsabiqəsinin ölkədə İnternetin 
və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. İnternet 
ictimaiyyətinin nümayəndələri , İKT sahəsində fəaliyyət göstərən dövlət 
və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri qaliblərə 
mükafatları təqdim edərək  arzularını bildiriblər.
Çıxış edənlər Müsabiqənin Azərbaycan İnternetinin inkişafında ciddi  
əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları 
bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.
Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və 
media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı 
nümayəndələri iştirak edib
Milli Net-2011 Müsabiqəsinə  RİTN, Azercell Telekom və DeltaTelekom  şirkətləri dəstək veriblər.
Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan foto-reportajlar  millinet.az da yerləşdiriləcək.
Təqdimat mərasimindən hazırlanmış foto-reportaj :
https://picasaweb.google.com/109113897421946954354/MilliNet2011