21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasov telekommunikasiya qurumlarına xəbərdarlıq edib. Xeberler.az ANS TV-yə istinadən xəbər verir ki, nazir “Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliklərinin (BTRİB)-in fəaliyyətini tənqid edib.
 
 Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini deyib. 
 
 Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya İdarəsi tərəfindən tənzimləndiyini bildirib. 
 
 Əli Abbasovun fikrincə, “Aztelekom” və BTRİB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrıseçkilik etməsidir.
 
 “Hansı şirkətlərsə “Aztelekom” və BTRİB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır”. 
 
 Nazir onu da qeyd edib ki, bu cür faktların araşdırılması üçün audit komissiyası yaradılır. Bu komissiya həmin qurumların əhali ilə apardığı danışıqları qeydə alacaq. Bunun əsasında vətəndaşlar tərəfindən daxil olan şikayətlər araşdırılacaq.