21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Məndən izahat alındı ki, niyə Ermənistana səs göndərmişəm. Dedilər ki, bunu dövlət təhlükəsizliyi üçün edirik. Mənə psixoloji təzyiq etmək istəyirdilər ki, sənin milliyyətin yoxdur, niyə Ermənistana səs verirsən? İzahat yazdırıb buraxdılar.” «Eurovision 2009» mahnı müsabiqəsində Ermənistandan olan iştirakçılara səs göndərənlərdən biri Rövşən Nəsirli “Azadliq” radiosuna belə deyib. Onun sözlərinə görə, avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinə çağırılıb və Ermənistan iştirakçısına niyə səs göndərməsi ilə bağlı izahat istəyiblər. Rövşən Nəsirlinin dediyinə görə, onu sorğu-suala tutan MTN əməkdaşının əlindəki siyahıda ondan başqa daha bir neçə nəfərin də adı və telefon nömrəsi olub.
Rəsmi məlumata görə, «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni müğənnilərə Azərbaycandan 43 nəfər səs göndərib. Rövşən Nəsirli deyib ki, Azərbaycanı müğənni Araşın təmsil etməsinə etiraz olaraq Ermənistana səs göndərib. Həm də erməni müğənnilərin ifa etdikləri mahnını Azərbaycan üslubuna daha yaxın hesab edib, nəinki Araşın bəstəsini. Amma ağlına da gəlməyib ki, bu seçiminə görə MTN-ə çağırıla bilər.
Bəs görəsən yarışmada Ermənistana səs göndərənlərin siyahısını MTN-ə “Azercell”mi verib?
Şirkətin nümayəndəsi Ülviyyə Həsənzadə deyir ki, bu cür məlumatlar ictimaiyyətə açıqlanmır.
«Eurovision 2009» yarışmasını canlı yayımlayan İTV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə deyir ki, faktı dəqiqləşdirməmiş məsələyə münasibət bildirə bilməz:
- İndi şərh verməyim düzgün olmaz. Bir neçə günə məlumat dəqiqləşər sonra. Əvvəl əmin olmalıyıq ki, belə bir məsələ var. Komissiyada müzakirə olunandan sonra münasibət bildirilə bilər.