21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
BakuTel 2009 Telekommunikasiya sərgisində iştirak edən Azerfon MMC qabaqcıl mobil rabitə xidmətlərindən istifadə edərək abunəçilər üçün tamamilə yeni imkanlar yaradan 3G texnologiyalı bir çox innovasyon məhsulları nümayiş etdirəcəkdir.
BakuTel 2009 sərgisi zamanı təqdim olunacaq avadanlıqlar arasında verilənlərin səmərəli və sürətli mübadiləsini təmin edən genişzolaqlı modem kartları, 3G şəbəkəsini dəstəkləyən SİM kart vasitəsilə genişzolaqlı internetə giriş təmin edən netbuklar vardır.
Azerfon MMC biznes və fərdi istifadəçilər üçün nəzərdə tutulmuş istənilən məlumatlara və kontentə çevik giriş imkanını, habelə daha çox mobilliyi təmin edən müxtəlif həlləri təqdim edəcək. Bu həllərin içərisində bir çox müasir mobil telefonlara rahat şəkildə yüklənə biləcək Push Email xidməti vardır. Bu xidmət vasitəsilə abunəçilər real zaman rejimində öz korporativ və ya şəxsi elektron poçtlarına mobil telefondan daxil ola biləcəklər.
Azerfon şirkətinin stendində nümayiş etdiriləcək müasir mobil telefonlar bir sıra kontent və multimedia xidmətlərinə birbaşa giriş imkanını təmin edəcək və istifadəçilərə qabaqcıl 3G texnologiyalarından istifadə etməklə daha böyük nəticələri əldə etməyə imkan verəcək. 
Azerfon MMC innovasyon 3G məhsullar ilə tanış olmaq və ya onlarla işləmək imkanını əldə etmək istəyənləri BakuTel 2009 Telekommunikasiya sərgisində yerləşən stendinə dəvət edir.