21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Vahid Mustafayev: "Azərbaycanımızın hansısa xarici qüvvələrin şər maraqlarının poliqonuna çevrilməməsi üçün əlimizdən gələni etməliyik"
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinə müraciətinə ilk reaksiyanı ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev verib. O, son zamanlar dünya və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət imicinə zərər vurmaq məqsədilə yayılan məlumatların ölkə mediasına da yol tapması kimi tendensiyanın təhlükəli olduğunu deyib və Azərbaycan mətbuatını dövlət müstəqilliyinin qorunması kimi başlıca vətəndaş vəzifəsinin yerinə yetirilməsi zamanı hər zamankından daha ayıq olmağa çağırıb.
“Biz müstəqil Azərbaycanımızın hansısa xarici qüvvələrin şər maraqlarının poliqonuna çevrilməməsi üçün əlimizdən gələni etməliyik. Bu sahədə, sözsüz ki, bütün bacarıqlarımızı, biliklərimizi sərf etməliyik ki, ən əsas olan müstəqilliyimizi, dövlətçiliyimizi qoruyub saxlaya bilək. Sözsüz ki, bu sahədə birlik nümayiş etdirməliyik. Xalqımızla, prezidentimizlə bir olmalıyıq”,- deyə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.