21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın «AzSığorta» sığorta şirkəti yenilənmiş internet səhifəsini istifadəçilərin və müştərilərin xidmətinə təqdim edib.
Şirkətdən verilən məlumata görə, www.azinsurance.eu ünvanında yerləşən sayta şirkət, onun filialları və xidmətləri haqqında məlumatlarla yanaşı, hər gün yenilənən sığorta xəbərləri rubrikası, sığorta qanunvericiliyi bölməsi, sığorta bazarı haqqında və s. məlumatlar yerləşdirilib.
Qeyd edək ki, şirkət tərəfindən yaradılan internet sığortaçılıq xidmətlərini, o cümlədən on-line sığorta haqqı ödəmə sistemini ehtiva edən www.e-insurance.az səhifəsi də yeni internet-sayta daxil edilib. Sayt vasitəsi ilə istifadəçilər həmçinin «AZSIĞORTA» jurnalının elektron versiyasını oxuya, forumlarda iştirak və on-line konfransları təşkil edə bilərlər.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.