21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Sentyabr ayının 18-19-da TOL-un (Transitions Online) təşkilatçılığı ilə Novxanıda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçirilib.
Düşərgənin ilk günündə iştirakçılar arasında qısa tanışlıq olub, sonra isə seçilmiş ideyalar iştirakçılara təqdim olunub. İştirakçılar da öz növbələrində xoşladıqları ideyanı seçiblər və qrup şəklində işləyiblər.
Düşərgənin ikinci günündə isə ideyalları reallaşdırma prosesi bitdikdən sonra iştirakçılar hamısı konfrans zalına gəlib və qruplar bir-bir öz yaratdıqları ideyaları nümayiş etdiriblər. Sonda isə ekspertlər tərəfindən qalib təyin olunub. 
Düşərgədə Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, AİF-in üzvləri, Beynəlxalq təşkilatların nümayəndələri qonaq qismində iştirak edib.
Qeyd edək ki, Sosial Yeniliklər Düşərgəsi yeni yolla - ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə, sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədi ilə təşkil edilir. Bu düşərgə sahibkarları, proqramçıları, veb-developerləri, koderləri, dizaynerləri, bloqçuları, marketoloqları və internet məkanında bütün növ ideya sahiblərini bir araya gətirir.



