21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"ULTRA" şirkəti rəsmi olaraq təmsil etdiyi Almaniyanın "Rittal" korporasiyası ilə birgə Bakıda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli "ASAN xidmət"in data mərkəzlərində server otaqlarının soyudulması üçün xüsusi peşəkar tipli "Rittal LCP (Liquid Cooling Package)" avadanlığını quraşdırıb.
İT sistemlərin soyudulması sahəsində ixtisaslaşmış "Rittal" şirkəti , "LCP DX (Liquid Cooling Package Direct Expansion)" soyuducu maye sistemini və freonu istehsal edir. Kompüter aparatlarının hazırlığını təmin edərkən mikroiqlim nəzarəti vacib rol oynayır. Serverin lazımi temperaturda işləməsinə nəzarət edilmədikdə onun xidmət müddətinin azalmasına və sistemin işləməməsinə səbəb ola bilər. Geniş məlumat emalı mərkəzləri üçün mikroiqlimin nəzarəti sistemi vacib komponentlərdən biridir.
Xüsusi olaraq kiçik və orta müəssisələr üçün "Rittal" şirkəti 15 kvt həcmə qədər gücü, sürətli "LCP DX" soyuducu sistemini hazırlamışdır. Bu sistemi "ULTRA" şirkətinin mütəxəssis heyəti "ASAN xidmət"in məlumat resurs mərkəzində quraşdırıb. Xüsusi avadanlığın əsas üstünlüyü istiqamətlənmiş soyuducu havanı birbaşa server avadanlıqlarına yönəldirməsidir. Bu, həm kifayət qədər enerjiyə qənaət olunmasına gətirib çıxarır, həm də daha peşəkar soyutma atmosferi yaradır. (ictnews.az)