21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Məktəblilər arasında keçirilmiş birinci “Gənc kompüter istedadları” respublika müsabiqəsinə bu gün yekun vurulub.
Müsabiqənin qalibləri:
• “Təqdimatlar” nominasiyası üzrə - İsgəndərova Xuraman (Bakı şəhərinin 134 saylı məktəbi);
• “Veb-saytlar” nominasiyası üzrə - akademik Zərifə Əliyeva adına məktəbin bir qrup şağirdi;
• “Kompüter proqramları” nominasiyası üzrə - Axundov Rəsul (akademik Zərifə Əliyeva adına məktəbin şagirdi);
• “Animasiya” nominasiyası üzrə - Hüseynov Vüsal və Yusifov Ceyhun (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi)
R. Axundov şagirdlərə həndəsə və cəbr fənnləri üzrə yardım edəcək “şagirdin kalkulyatoru” adlanan kompüter proqramına görə qalib elan olunub. V. Hüseynov və D. Yusifov isə “Animasiya” nominasiyası üzrə “Qoğalın nağılı” fləş-cizgi filminə görə birinci olublar.
“Animasiyada Azərbaycan dilinin idiomaları” tədris proqramına görə Sumqayıt şəhərinin 25 saylı məktəbin bir qrup şagirdinin layiq görüldüyü “Orijinal layihə” də müəyyənləşdirilib.
Qeyd edək ki,müsabiqə Kibernetika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, HP, Microsoft, Ultra və s. şirkətlərin dəstəyilə Təhsil Nazirliyi tərəfindən təşkil olunub. Müsabiqə 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində keçirilib.